Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İntihara cəhd edən şairin son durumu AÇIQLANDI
İntihara cəhd edən qazi-şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.
Oxu.Az xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat verib.
O bildirib ki, H.Kürün səhhətində xeyli irəliləyiş var:
"Bu gün qazi şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim. Şükür! Amma hələ də ciddi müalicələr almalıdır. İnanıram ki, onu dövlət rəsmiləri yalqız qoymayacaqlar".
Qeyd edək ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o, "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. Həmin gün 19:10-da müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda qazi-şairin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) müalicəsi davam etdirilir.