Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Myanmada ölənlərin sayı 1700 nəfəri ötdü: 3400-dən çox insan xəsarət alıb, itkin düşənlər var
Myanmada baş verən güclü zəlzələdə həlak olanların sayı 1 700 nəfəri keçib.
Oxu.Az-ın Çin Mərkəzi Televiziyasına istinadən xəbərinə görə, bu məlumat respublika hökuməti tərəfindən təsdiq edilib.
Rəsmi məlumatlara görə, 3 400 nəfər xəsarət alıb, təxminən 300 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 28-də Myanmada maqnitudası 7,7-ə çatan bir neçə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss edilib.
"Myanmada güclü zəlzələ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar