Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranlılar Azərbaycana velosiped turuna çıxdılar - FOTO/VİDEO
Bir qrup İran vətəndaşı Azərbaycana velosipedlə tur təşkil edib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Zəncan vilayətindən başlayan veloturun dayanacağı Astaradan sonra Lənkəran olub.
Lənkəranın gəzməli-görməli yerləri ilə tanış olan 20 nəfərə yaxın səyahətçi havanın yağışlı olmasına baxmayaraq, üzü Bakıya yol alıblar. Onlar özləri ilə çətin şəraitə uyğun hər cür vəsait götürüblər.
İştirakçılar bildirib ki, ölkəmizin onlar üçün maraq doğuran yerlərini ziyarət etmək arzusunda olduqlarından heç bir çətinliyə məhəl qoymurlar.
Qeyd edək ki, iranlı səyahətçilər 10 gün ərzində Azərbaycanın müxtəlif bölgələrində olan tarixi-memarlıq, mədəniyyət abidələrini ziyarət etmək, eləcə də, milli mətbəximizin dadlı təamlarından dadmaq fikrindədirlər.
Rövşən Mövlan
Rəylər