“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Öz peşəndə peşəkar ol!” adlı layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində növbəti təlim 05 dekabr tarixində İsmayıllı Peşə Tədris Mərkəzindən seçilmiş gənclər üçün təşkil edilib. Təlimi giriş sözü ilə açan “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev əvvəlcə layihə haqqında qısa məlumat verdi. O qeyd etdi ki, layihə çərçivəsində gənclərə peşə bacarıqları, peşə növləri, peşəyönümü, peşəyönümünün məqsədləri, peşə seçiminin strategiyası, karyera planlaşdırılması, karyera bələdçiliyi, şəxsi səriştələrinin artırılması və sahibkarlıq düşüncə tərzinin gənclər arasında təbliği istiqamətlərində təlimlər keçirilir. Ə. Atakişiyev Peşə təhsilinin dövlət tərəfindən prioritet sahə seçildiyini, peşə təhsili sahəsində həyata keçirilən islahatlar və bu sahənin cəmiyyətdə önə çəkilməsindən söz açaraq, həyata keçirilən layihənin gənclər üçün önəmini vurğuladı.
Qeyd etmək istərdik ki, layihənin həyata keçirilməsində əsas məqsəd Göyçay, Qəbələ, İsmayıllı rayonlarından seçilmiş 60 nəfər gəncin peşə təhsilinə yiyələnməsinə, peşə ixtisası əldə etməsinə maraqlarını artırmaq, onların şəxsi, sosial səriştələrinin və peşə bacarıqlarını inkişaf etdirmək, əmək bazarına çıxış imkanlarını dəstəkləmək, həmçinin məşğulluq probleminin həll olunmasına yardım göstərməkdən ibarətdir.
E.Ə.
www.oxu.az