Cari ilin 6 iyul tarixində Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə təşkil edilmiş səfərdə EFE agentliyinin də nümayəndəsi iştirak edib. Bu səfərin ardınca İspaniya, Mərkəzi və Latın Amerikasında geniş yayılan ispan dilli aparıcı xəbərlər portallarında, o cümlədən lavanguardia.com saytında “Müharibənin 3 kilometrliyində yaşamaq” adlı məqalə dərc olunub.
Oxu.Az-ın məlumatına görə, sözügedən məqalədə bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin təmas nöqtəsindəki son təxribatlarından danışılır.
Yazıda deyilir ki, Azərbaycanın Alxanlı kəndində ailələr 25 ildir ki, evlərinin 3 kilometrliyində yerləşmiş Ermənistan mövqelərindən açılan artilleriya atəşlərinin altında yaşayır. Ötən həftə Azərbaycan və Ermənistan arasında çoxsaylı atışmalar faciə ilə nəticələnib: Alxanlı kəndində küçələrdən birinə mərminin düşməsi bir qadını və onun 2 yaşlı nəvəsinin ölümünə səbəb olub, digər ailə üzvü isə yaralanıb.
Yerli sakinlərin sözlərinə görə, 23 ildir ki, Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalırlar. Mərmilər kəndə, ətraf ərazilərdə əkin sahələrinə təsir edib. Ermənilər birinci atəş açıblar. Ailənin tək oğlunun yeganə qızı ölüb. O, öz anasını və qızını itirdi”, - deyə Ruqiyə Feyziyeva (qonşu) bildirib. Habelə, “Əkin sahələrinin sulanması üçün istifadə etdiyimiz suyun mənbəyi düşmən tərəfindədir. Bundan başqa, əkin sahələri davamlı olaraq artilleriya atəşinə tutulur. Sakitçilik olanda çoxları əkin sahələrinə çıxmağa cəhd edirlər belə ki, hazırda buğda biçimi mövsümüdür”, – Abdullayev deyib.
Məqalədə həmçinin qeyd edilir ki, Ermənistan tərəfi Alxanlı kəndini atəşə tutulması faktını təsdiqləyib. Müdafiə Nazirliyinə istinadən məqalədə Alxanlı kəndində hər hansı atəş məntəqəsinin olmadığı vurğulanır.
Yazının sonunda Alxanlı kəndi və münaqişə haqqında qısa məlumat verilərək bildirilir ki, Alxanlı Ermənistan qoşunları tərəfindən 1993-cü ilin avqust ayından işğal edilib, qısa müddət sonra 1994-cü ilin yanvar ayında azad olunub. Hazırda Alxanlı təmas nöqtəsi adlanan cəbhə bölgəsindən 3 km-dən az bir məsafədə yerləşir. Müharibənin 1994-cü ildə zəif intensivlik fazasına keçməsinə baxmayaraq bu 25 ildə qarşı tərəfin mövqeləri dəyişməyib və bu kəndin əhalisi əziyyət çəkməkdə davam edir.
Məqalədə Ermənistanın müharibəyə başlayaraq Azərbaycan ərazilərini işğal etməsi oxucuların diqqətinə çatdırılıb.
Məqalələrə keçid linkləri:
http://www.eldiario.es/politica/Vivir-kilometros-guerra_0_662484502.html
http://www.teinteresa.es/politica/Vivir-kilometros-guerra_1_1828027411.html
S.B.
www.oxu.az