Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsveçli səyahətçi: “Azıx mağarası maraqlı tarixi məkandır”
“Azıx mağarası çox maraqlı tarixi məkandır”.
Bunu “Report”un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında İsveçdən olan səyahətçi Cerri Olofsson (Jerry Olovsson) deyib.
O, Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərin həyəcanlı səyahət olduğunu bildirib.
“Bu, çox maraqlı təcrübədir, səfərdən həzz aldım”, - C.Olofsson söyləyib.
İsveçli qonaq Azərbaycana ikinci dəfədir səfər etdiyini, beş il əvvəl Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər ölkələrində də olduğunu vurğulayıb.
Qeyd edək ki, Azıx mağarası Azıx kəndi yaxınlığında, dəniz səviyyəsindən 1 400 metr hündürlükdə yerləşən altı mağaradan ibarət kompleksdir. Azıx mağarası Xocavənd rayonu ərazisində Quruçay çayının sol sahilində, Tuğ kəndindən üç km şimal-şərqdə, Füzuli şəhərindən 14 km şimal-qərbdə yerləşir.
Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.
Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzura altı səfər təşkil olunub.
"Ermənistan" teqi üzrə xəbərlər
- Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı?
- Ermənistanı gözləyən dəhşətli ssenari açıqlandı: "Hayastan 20 dəqiqəyə məhv ola bilər"
- Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır
- Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış: Yaralılar var
- Lukaşenko KTMT sammitində Ermənistanın iştirak etməməsini şərh edib
Rəylər