Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İtkin balıqçının qardaşı: "Bizim üçün hələ də qaranlıqdır ki, o, necə batıb?"
Lənkəranda itkin düşən balıqçı 41 yaşlı Mahmud İbayevin axtarışları gücləndirilib.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin helikopteri, eləcə də yerli balıqçılar cəlb olunub.
İtkin düşən Mahmud İbayevin qardaşı Rəşad İbayev bildirib ki, Nazim Abbasovun meyiti tapılsa da, qardaşından hələ ki xəbər yoxdur: "Bizim üçün hələ də qaranlıqdır ki, o, necə batıb? İnsan batanda hərəkət edər, amma Nazim necə getmişdisə, elə də tapılıb. Ekspertizanın rəyinə əsasən, boğulma ehtimalı var".
Qeyd edək ki, yanvarın 13-də balıq tutmağa gedən Siyavar kənd sakinləri 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov itkin düşüb. Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:

"Lənkəran rayonu" teqi üzrə xəbərlər
- Lənkəranda yanğın zamanı xəsarət alan ata və oğlunun SON DURUMU AÇIQLANDI
- "Bütün qəbirlər suyun içindədir" - Lənkəranda qəbiristanlıq yağış sularına qərq oldu
- Xəzər dənizində itkin düşən balıqçının meyiti aşkarlandı - TƏFƏRRÜAT
- Lənkəranın bəzi əraziləri işıqsız qalıb
- "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar