Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğan: "Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Əhməd Əş-Şaraa arasında Ankarada görüş keçirilib.
Oxu.Az "Cumhuriyet"ə istinadən xəbər verir ki, görüşdən sonra onlar mətbuat konfransı keçiriblər.
Ərdoğan bildirib ki, indiki məqamda ərəb və İslam dünyası Suriyanın yeni iqtidarı və xalqa lazımi maddi və mənəvi dəstəyi göstərməlidir.
Onun sözlərinə görə, ölkələr arasında ən müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilir.
Ərdoğan qeyd edib ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır.
Əş-Şaraa isə öz növbəsində, 1967-ci il sərhədlərinin bərpa olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Suriya Türkiyə ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

Suriyanın yeni lideri Əhməd əş-Şaraa Türkiyədə səfərdədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Qeyd olunur ki, suriyalı qonağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü başlayıb.
İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və əş-Şaraa birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.
Keçid dövründə Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaraa Türkiyəyə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Əhməd əş-Şaraanı Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani müşayiət edir.
Qeyd olunur ki, səfər çərçivəsində Əhməd əş-Şaraanı Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
"Suriya" teqi üzrə xəbərlər
- Türkiyə Suriya məhsullarına qoyduğu QADAĞANI GÖTÜRDÜ
- BMT Bəşər Əsəddən sonra Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb
- Olaf Şolts Əhməd Əş-Şaraa ilə danışdı: "Dəstək verməyə hazırıq"
- Suriya hökuməti YPG-yə qarşı necə mübarizə aparacaq? - Problem "Haber Global"da müzakirə edilib
- Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var
Rəylər