Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İtkin şəhidin qardaşı: "Həmişə yolunu gözləyirdik, inanırdıq ki, gələcək"
"Elman 1991-ci ilin noyabr ayında könüllü olaraq "Şıxov" batalyonuna yazılmışdı. Bir aydan çox döyüşlərdə iştirak edəndən sonra 1992-ci il yanvar ayının ortalarında iki-üç günlük evə gəlib, daha sonra Malıbəyli kəndi ərazisində gedən döyüşlərə qatılmaq üçün yola düşdü".
Oxu.Az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Elman Camalovun qardaşı Sabir Camalov deyib.
O bildirib ki, 1992-ci il yanvarın 26-da Elman döyüşlərdə iştirak etmək üçün Daşaltı kəndinə yollanıb:
"1992-ci ildə elə həmin ərazidə də itkin düşüb. Qohumlarımız onun itkin düşməsi ilə bağlı xəbəri televiziya vasitəsilə öyrənmişdilər. Ondan sonra rəsmi qaydada bizə qardaşımın itkin düşməsi ilə bağlı məlumat verildi".
"Qardaşım qorxmaz və cəsarətli insan idi. 1990-cı ildə sovet ordusundan tərxis olunandan sonra Birinci Qarabağ müharibəsindəki döyüşlərdə iştirak etmək üçün cəbhə xəttinə də könüllü yollanmışdı. Hətta bizə yola düşməsinə cəmi bir gün qalmış xəbər vermişdi. Elman ailəyə, qohum-əqrəbaya qarşı çox ailəcanlı və mehriban idi. İnanırdıq ki, ya ölüsü, ya da dirisi tapılacaq və qardaşım bir gün geri qayıdacaq. Çünki həmişə onun yolunu gözləmişik", - şəhidin qardaşı deyib.
Mərahim Nəsib
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
- Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib
Rəylər