İctimai Televiziya və Radio Yayımları şirkəti Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə əlaqədar öz proqramına daha bir ciddi dəyişiklik edib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.
Bu gecə 00:00 Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək “Eurovision” mahnı yarışmasının 1-ci yarımfinalını da İctimai Televiziya yayımlamamaq barədə qərar verib.