Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.
Qaynar xətt:
(055) 224 12 12