Kəskin istilərdən qaynaqlanan meşə yanğınlarının bürüdüyü Avropa ölkələri cari ildə bu fəlakətlə mübarizəyə 3 milyard avrodan çox pul xərcləyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri məlumat verib.
"Yanğın təhlükəsi mövsümünün ilk iki ayında təxminən yarım milyon hektar ərazi yanıb və bu da Portuqaliya, Yunanıstan və Rumıniya da daxil olmaqla, Avrozonanın ən çox təsirlənən təkcə beş ölkəsinə 3.1 milyard avro məbləğində iqtisadi zərər vurub", - deyə nəşr bildirib.
Bu, iqlim dəyişikliyinin yaratdığı fəsadların miqyasını göstərir. Materialda vurğulanıb ki, fəlakətin ümumi fəsadları daha ağır olacaq.
Qəzet qeyd edir ki, mövcud durum Avropa Komissiyasının qiymətləndirmələrini xeyli üstələyir.
Bu qurumun hesablamalarına əsasən, bütün Avropa İttifaqı (Aİ) üçün yanğından orta illik ziyan 2.5 milyard avro təşkil edir.