Kreml ABŞ Prezidenti Donald Trampın kürəkəni, onun xüsusi elçisi Cared Kuşnerin Avropada təhlükəsizliyi müzakirə etmək üçün Rusiya-NATO Şurasının əsas kimi götürülməsi təklifini şərh etməyib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə danışıb.
Kremlin rəsmi nümayəndəsi Moskvanın belə bir modelə necə yanaşa biləcəyinə dair suala cavab verib.
"Biz təhlükəsizlik arxitekturası ilə bağlı heç bir modeli ictimaiyyətə açıq şəkildə müzakirə etməyəcəyik", - deyə Dmitri Peskov vurğulayıb.