Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb
Ölkə ərazisində iyulun 21-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz kəsiləcək. Mülayim şimal-qərb küləyi səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 30-35°, dağlarda gecə 13-18°, gündüz 18-23° isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabahın hava proqnozu AÇIQLANDI: Sulu qar yağacaq - 19.12.2024
- Bakıda SULU QAR yağacağı gözlənilir - 18.12.2024-ün HAVA PROQNOZU
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda arabir yağıntılı olacaq, dağlarda 10 dərəcə şaxta gözlənilir - 17.12.2024-ün HAVA PROQNOZU
Rəylər