Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb.
Oxu.Az xəbər verir ki, çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub.
Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır:
• Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!
• Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!
• Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!
Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Nəticədə, minaya düşən sakin və ona kömək etmək istəyən daha bir şəxs yaralanıb. Daha sonra hər iki yaralıya kömək etmək istəyən üçüncü sakinin əraziyə daxil olması ilə ikinci partlama baş verib və xəsarət alanların sayı üçə çatıb.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
- ANAMA Xocalıya köçən sakinlərə təlim keçib
- Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
Rəylər