Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.