Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Karantin rejimini pozan üç nəfər məsuliyyətə cəlb edildi - RƏSMİ
Ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin gücləndirilməsinə baxmayaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozmağa cəhd edən daha üç nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, 31 mart -1 aprel tarixləri ərzində polis əməkdaşları tərəfindən Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla, 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan isə 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla, 50 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan geri qaytarılan nəqliyyat vasitələrinin sayı isə 94 olub. Onlardan 39-nun rayon, 55-nin isə paytaxt istiqamətinə geri qaytarılması təmin olunub.
Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə üç nəfər məsuliyyətə cəlb edilib.
19 mart -1 aprel tarixləri ərzində 8579 nəqliyyat vasitəsinin rayon, 24 mart - 1 aprel tarixləri ərzində isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Ümumilikdə, bu günə qədər 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Könül Cəfərli
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın xatirəsi yad edilir
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
- Abşeronda avtomobil kuryeri vurdu
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər