"Çox sevincliyik, sevincimizin həddi-hüdudu yoxdur. Nəhayət ki, Qarabağa qayıdırıq, orada yaşayıb-yaradacağıq".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Xocavənd rayonunun Quzey Xırman kəndinə köç edən keçmiş məcburi köçkün Yeganə Səmədova deyib.
O bildirib ki, doğma torpaqlara qayıdışdan böyük sevinc hissi keçirir və qarşıdakı günlərin daha yaxşı olacağına inanır.
"Bu qayıdışa görə şəhidlərimizə, qazilərimizə, veteranlarımıza və möhtərəm Prezidentimizə borcluyuq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza cansağlığı arzulayırıq.
İlk dəfədir doğma kəndimizə gedirik. Düşünürəm ki, bundan sonra hər şey qaydasında olacaq, hər şey yaxşı olacaq", - deyə Yeganə Səmədova vurğulayıb.