Tovuz rayonu Vahidli kəndində qəzalı vəziyyətdə olan elektrik xətti təhlükə saçır.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, kənddə yerləşdirilən elektrik dirəyi köhnədir:
“Neçə ilin elektrik dirəyidir, qəzalı halda olmasa da üzərindən gedən elektrik naqilləri yüksək gərginliklidir. Naqillər çox təhlükəli haldadır. Yaşayış evlərinin üstündən gedən xətlər güclü külək zamanı qırıla bilər. Belə bir hadisə olarsa, evlərdə yaşayan insanların sağ qalma ehtimalı demək olar ki, yoxdur. Hər hansı bədbəxt hadisə yaşanmadan problemin qarşısının alınması üçün ərazi üzrə “Azərişıq” ASC-yə müraciət etmişik. Lakin cavab olaraq bu məsələnin həllinin yaxın zamanda mümkün olmayacağı bildirilib. Belə təhlükəli şəraitdə yaşamaq olmur, xahiş edirik bu problemin aradan qaldırılması üçün tədbir görülsün”.
Könül Cəfərli