Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a bildirilib ki, avqustun 5-7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
E.Ə.
www.oxu.az