“Kiyev hər gün bombalanır. Atılan raketlər yanımıza düşür”.
Bunu Oxu.Az-a açıqlamasında orada yaşayan həmvətənimiz Camal Əliyev bildirib.
Onun sözlərinə görə, zirzəmidə yerləşən bir kafedə qalırıq:
“Mən Sumqayıt şəhərində doğulub, böyümüşəm. Kiyevdə təhsil aldıqdan sonra burada yaşayıram. Axsam saat 19:00-dan səhər saat 08:00-a kimi küçəyə çıxmırıq”.
O qeyd edib ki, indiki məqamda oradan çıxmaq istəmir:
“Dostlarımla burada insanlara kömək etməyə çalışırıq. Buradan soydaşlarımız çətinliklə çıxdılar və sərhəd-keçid məntəqələrində gözləyirlər. Biz hələ çıxmağı düşünmürük”.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan orada yaşayan azərbaycanlıların Moldovaya, Polşaya, Slovakiyaya, Rumıniyaya, Macarıstana keçidi üçün şərait yaradılıb. Nəticədə 4 minə yaxın azərbaycanlı sərhədi keçib.
İlhamə Əbülfət