Beynəlxalq təşkilatların məlumatına görə, bir milyona yaxın ukraynalı qaçqın artıq qonşu dövlətlərə köçüb. Buna əsasən, Ukraynada humanitar fəlakətdən danışmaq olarmı? Ukrayna baş verənlərin öhdəsindən necə gəlir? Müharibə nə qədər davam edəcək?
Rusiya-Ukrayna böhranı ilə bağlı operativ gündəlik məlumat verən tanınmış ukraynalı analitik, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Oxu.Az-ın suallarını cavablandırıb. Onun sözlərinə görə, qaçqınların dəqiq sayını heç kim bilmir, onların sayı BMT-nin elan etdiyindən çox ola bilər:
- Biz heç bir fəlakət hiss etmədik. Bizdə qədim kazak ruhu var. Hər kəs “itaətsizlik bayramına” sevinir, hərbçilər ümumiyyətlə tam yola düşüblər. Ukraynalıların kim olduğunu anlamaq lazımdır. Biz gülürük və vururuq!
Bəli, kim istəyirdi - ölkədən getdi, qalanı qaldı.
- Ön cəbhədə işlər necədir? Ən ciddi döyüşlər harada gedir?
- Ən ağır döyüşlər Xarkov və Kiyev ətrafında gedir. Cənubda isə Xerson vilayətində. Donbasda Birgə Qüvvələr Əməliyyatı zonasında iki irəliləyiş oldu. Bunlar Sçastye və Volnovaxa şəhərlərinin rayonlarında olub. Hərbçilərimiz Sçastyedən keçdi, yeni mövqelər tutdu və Volnovaxamız geri alındı. Düşmən Mariupolu mühasirəyə almağa çalışsa da, ötüb keçdi.
- Bu müharibədə nüvə silahından istifadə ehtimalı nə qədərdir?
- Bu, tamamilə cəfəngiyyatdır və Rusiya Federasiyasının psixoloji təzyiq elementidir. Hansı nüvə silahından söhbət gedir? Rusiya bundan istifadə edərsə, Ukrayna, Belarus və Rusiyanın Avropa hissəsi özü də yaşayış üçün yararsız hala düşəcək.
- Ancaq taktiki nüvə silahları da var...
- Ukraynanı az adam başa düşür. Bizi taktiki nüvə silahları və ya başqa bir şeylə qorxutmaq mümkün deyil. Kiyevin və ya Xarkovun tutulması ilə də heç nə əldə edilməyəcək. Biz anarxistik. Ukraynalılar üçün müharibə təbii haldır, kazakların təbiətidir.
- Bəs proqnozlarınız necədir, sizcə, bu müharibə nə qədər davam edə bilər?
- Nə qədər olsa, davam edə bilər. Qarabağda müharibə 44 gün davam etdi, lakin miqyas Ukraynadan kiçikdir. Məsələ dönüş nöqtəsinin nə vaxt gələcəyi və döyüşün hansı xarakter daşıyacağıdır.
Döyüş meydanında gördüklərimizi deyəcəyəm: onlar (rus qoşunları - red.) sürətlə təşəbbüsü əldən verir, çoxlu axmaq işlərlə məşğul olurlar. Biz isə əks hücuma keçirik.
Nair Əliyev