Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Köhnə avtobuslar təhlükə saçır: AYNA tədbirlər planını açıqladı
Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsindən 8-ci kilometr bazarı, eləcə də əks istiqamətdə işləyən 105 saylı marşrut avtobuslarının köhnə olması sərnişinlərin narazılığına səbəb olur.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, sərnişinlər deyirlər ki, sözügedən avtobuslar istismar müddətini başa vurub və təhlükəsizlik tələblərinə cavab vermir.
Sürücülər isə sərnişinlərin fikirləri ilə razılaşmırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 105 nömrəli marşrutda 16 avtobus 7-9 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Marşrutun müvəqqəti istismarçısına mövcud qanunvericiliyə və AYNA-nın tələblərinə uyğun olaraq istismarındakı köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəz edilməsi və ya mərhələli şəkildə təmir olunaraq saz vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib. Həmçinin, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, eyni zamanda, müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Sərnişin avtobusu" teqi üzrə xəbərlər
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Pakistanda QANLI OLAY: Silahlılar sərnişinləri avtobusdan düşürüb, güllələdilər
- Şəhər mobilliyinin artırılmasının müsbət tərəfləri nələrdir?
- Sərnişinlər avtobusdan, daşıyıcı şirkət isə sərnişinlərdən NARAZILIQ edirlər
- Sürücü və sərnişin arasında GƏRGİNLİK: Avtobusu saxlayıb, düşməsini tələb etdi