"Bakı və Sumqayıt kimi sənaye şəhərlərində hava çirklənməsinin 70-75 faizi nəqliyyat vasitələrinin emissiyaları ilə bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, bu səbəbdən iqlimlə əlaqədar məsələlərin dövlət büdcəsində də nəzərə alınması vacib hesab olunur:
"Xüsusilə elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və regional hava monitorinq sistemlərinin gücləndirilməsi istiqamətində tədbirlərin dəstəklənməsi məqsədəuyğundur".
Mərahim Nəsib