Ötən gün Bakının Nizami rayonunda gənc oğlan vətəndaşları həyəcanlandırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə “Koroğlu” metrostansiyasının yanında baş verib.
Belə ki, gənc bir oğlan insanların gözü qarşısında sirkə turşusu içib. Gənc sirkə turşusunu içəndən sonra yerə yıxılıb. Dərhal hadisə yerinə təcili yardım həkimləri və polis əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı məlum olub ki, 20 yaşlı Azər adlı gənc özünü öldürmək məqsədilə sirkə turşusu içib. Onu ağır vəziyyətdə Toksikologiya İnstitutuna aparıblar. Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.
Hazırda gəncin nə səbəbə özünü öldürmək istəməsi araşdırılır.