Ermənistanın Şirak vilayətində Gümrü pedaqoji institutunun rektoru Vardevan Qriqoryanın qardaşı Arutyun Qriqoryan öldürülüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, rektorun qardaşının meyiti gündüz saatlarında Qetk kəndindən Yerazqavors kəndinə gedən yolda tapılıb.
50 yaşlı kişinin meyiti yol kənarındakı yarımçıq tikilinin içində olub.
İlkin məhkəmə-tibbi ekspertizaya görə, o bir neçə güllə yarası alıb və ağır döyülmə nəticəsində dünyasını dəyişib.
Hadisənin son günlərdə Ermənistanda kəskinləşmiş qruplararası toqquşma çərçivəsində baş verdiyi bildirilir.