Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyevin səhhəti normaldır.
Bu barədə Oxu.Az-a Ağacan Abiyevin özü məlumat verib:
“Mən koronavirusa yoluxmamışam. Fevralın 16-da verdiyim testin nəticəsi neqativ çıxıb. Özümü yaxşı hiss edirəm. Məndən ötrü narahat olmağa əsas yoxdur. Səhhətim yaxşıdır”.

Səbuhi Musayev
16 fevral 11:27
Sabiq millət vəkili Ağacan Abiyev koronavirusa yoluxub.
Bu barədə unikal.org-a A.Abiyev özü məlumat verib.
O bildirib ki, COVID-19 testinin nəticəsi pozitiv çıxıb:
“Hazırda müalicəmi evdə davam etdirirəm. Hələ ki səhhətin normaldır. Əzələlərimdə və bədənimdə şiddətli ağrılar var. Ümid edirəm ki, virusa qalib gələcəm”.