Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Körpə Xədicənin anası: "O mənim tək övladımdır, onu itirməkdən çox qorxuram"
Bir yaşlı Xədicənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Sara İsmayılova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:
"Xədicə anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti isə günü-gündən ağırlaşır. Həkimlər xəstəlik inkişaf etsə, böyrək köçürülmə əməliyyatına ehtiyac olacağını deyirlər. Mənim övladım çox balacadır, bu əməliyyatı etdirmək üçün imkanımız da yoxdur. Hazırda övladımın müalicələrə ehtiyacı var. Yardımsevər şəxslərin dəstəyi ilə övladımın müalicələrini davam etdirə bilirik. Xədicənin müalicəsini davam etdirmək üçün hazırda 1 000 manata ehtiyacımız var".
Gənc ana Xədicənin onun tək övladı olduğunu qeyd edib:
"Xədicə mənim tək övladımdır. Onu itirməkdən çox qorxuram. Biz kirayə mənzildə yaşayırıq, yoldaşım isə kuryer kimi fəaliyyət göstərir. Yardımsevər şəxslərdən mənim körpə balama dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 382-25-26.
Uni Bank: 5243 7544 4955 0647.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Əlləri yanan 11 aylıq körpənin dəstəyə ehtiyacı var
- 11 yaşlı Nurayın dəstəyə ehtiyacı var: Vəziyyəti ağırlaşıb
- Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"
- Beş yaşlı Xanımın anası: "Müalicəni qarşılamaq üçün yoldaşımın üzüyünü də satmışam"
Rəylər