Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Macarıstanın Fransadakı səfirliyində partlayıcı qurğu axtarılır
Macarıstanın Parisdəki səfirliyinə içərisində terror aktı təhdidi və partlayıcı qurğunun fotoşəkli olan məktub daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Facebook" səhifəsində məlumat verib.
O, aydınlaşdırıb ki, macar diplomatlar nazirliyə "həyatları üçün təhlükə olması" barədə məlumat veriblər.
Nazirin sözlərinə görə, Fransa hakimiyyəti partlayıcı maddələrin axtarışı ilə məşğuldur.
"Mövcud məlumatlara görə, məktubun qonşu ölkədən gəldiyi iddia edilir və Macarıstanın kəşfiyyat xidmətləri hazırda diplomatlarımızın qarşıdakı dövrdə işlərinin təhlükəsizliyini təmin etmək üçün araşdırma aparır", - xarici işlər naziri yazıb.
Rəylər