Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Körpə Zeynəbin anası: "Müayinəsinə pul çatmır, qohum-qonşunun köhnə paltarlarını geyinib yaşayırıq"
Bir yaşlı Zeynəbin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Əliyeva məlumat verib.
O bildirib ki, övladı böyrək çatışmazlığından əziyyət çəkir:
"Zeynəbin bir yaşı var. Doğulandan onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Elə həmin gündən də müalicələrə başladıq. Hazırda həkimlər Zeynəbin müalicə olunmasının vacibliyini deyirlər. Əgər müalicə olunmasa, vəziyyətinin daha da ağırlaşa, bir müddət sonra böyrək köçürülməsinə ehtiyacı ola biləcəyini deyirlər".
Leyla Əliyeva övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Mən evdar qadınam, yoldaşım günü 15-18 manata fəhləlik edir. Elə gün olur, heç iş olmur. İnanın, qohum-qonşunun köhnələrini geyinib yaşayırıq. Zeynəbin isə müalicə və müayinəsinə bir aya 700-800 manat pul çıxır. Bu məbləği qarşılamaq bizim üçün çox çətindir. Zeynəb mənim yeganə övladımdır, ona dəstək olmağınızı, onu ölümə tərk etməməyinizi xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 303-64-91.
Kapital Bank: 4169 7388 8507 6384.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər