Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış edilib](https://images.oxu.az/2020/09/19/19/21/48/7045410c-da7b-4c37-9518-ca56b0cd660d/küləkli:1200.jpg)
Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış edilib
Milli Hidrometeorologiya Xidməti yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Xidmətdən Oxu.Az-a bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir.
Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
"Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər", - deyə o bildirib.
"Milli Hidrometeorologiya Xidməti" teqi üzrə xəbərlər
- Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 07.02.2025
- Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025
- Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA
- Bakıda və Abşeron yarımadasında yağış, sulu qar yağacaq
- Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - 07.02.2025
Rəylər