Kür çayından kişi meyiti tapılıb.
Oxu.Az-nın Aran bürosunun verdiyi xəbərə görə, bu gün Kür çayının Sabirabad rayonu, Mürsəlli kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.
Meyiti tapılan şəxsin bu il aprelin 11-də Kür çayında batdığı bildirilən, rayonun Qalaqayın kənd sakini, 1986-cı il təvəllüdlü Sarvan Zabit oğlu Əliyev olması ehtimal edilir.
Faktla bagli arasdırma aparılır.