Salyan rayonu ərazisində Kür çayının səviyyəsində kəskin azalmalar müşahidə olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, azalma ətraf ərazilərdə yaşayan sakinlər üçün bir sıra çətinliklər yaradıb.
Çayın su səviyyəsinin aşağı düşməsi suvarmada problemlər yaradıb, eyni zamanda çayın sahilində qoyulmuş su nasoslarının əksəriyyətini sıradan çıxarıb. Sakinlər sahilyanı ərazilərdə əl ilə xüsusi kanal qazırlar.
Ümumiyyətlə, son bir neçə ayda Kür çayında suyun səviyyəsi 1,6 metrə kimi azalıb. Bu il çayın səviyyəsi adi dövrlərdəkinə nisbətən 5-6 metrə yaxın azalıb. Kürün su səviyyəsinin bu həddə aşağı düşməsi 15 il bundan əvvəl qeydə alınıb.