Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Skania” markalı iritutumlu yük maşınının sürücüsü Asəf Həsənov Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakinini vurub.
Zərbənin nəticəsində piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər