Novruz bayramı ərəfəsində Laçında Yel çərşənbəsi xüsusi əhvali-ruhiyyə ilə qeyd olunur.
Baku TV-nin məlumatına görə, uzun fasilədən sonra sakinlər artıq bir neçə ildir ki, baharı ata-baba yurdlarında qarşılayırlar: tonqallar qalanır, milli ənənələr qorunaraq davam etdirilir.
Doğma yurda qayıdan sakinlər deyirlər ki, indi bayram adətlərini daha həvəsli və sevinclə yerinə yetirirlər.
"Bayrama hazırlıq üçün 100 dənə ağac əkmişik. Mən Laçındakı kimi ecazkar təbiət görməmişəm. Dağlar qarın içində olsa da, novruzgülü onun içindən boylanır", - deyə Mübariz Həsənov söyləyib.