Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) yeni polis rəisi təyin olunub.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov vəzifəsindən azad edilərək Lənkəran ŞPRŞ-yə rəis təyin edilib.
Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynov təqaüdə göndərilib.