Lənkəranda ağır avtomobil qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, bu gün günorta saatlarında yolun Lənkəran rayonu Şirinsu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, sözügedən yolda “Subaru” markalı 99-MC-209 dövlət nömrə nişanlı avtomobil aşıb. İlkin məlumatlara görə, qəzada sürücü 1964-cü il təvəllüdlü Həmzəyev Süləddin Mirağa oğlu həlak olub.
Faktla bağlı araşdırma aparılır.