Azərbaycanda daha bir ana doğuşda öldü. Hadisə Lənkəranda baş verib.
Oxu.Az xəbər verir ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Şağlasər kənd sakini,1998-ci il təvəllüdlü Sənayə Nazim qızı Ağayeva uşaq dünyaya gətirmək üçün bu gecə Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
17 yaşlı qadın təbii yolla uşaq dünyaya gətirib.
Lakin doğumdan bir dəqiqə sonra ananın vəziyyəti ağırlaşıb. Şöbəyə reanimotoloq gəlib çatana qədər Sənayə Ağayeva dünyasını dəyişib.
Xəstəxanadan onu da bildirdilər ki, dünyaya gələn körpənin səhhəti tam normaldır.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
09:22
Lənkəranda doğuş zamanı ölüm hadisəsi baş verib.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, ana övladını dünyaya gətirərkən vəfat edib.
Dünyasını dəyişən qadın Şağlasər kənd sakini Ağayeva Sənayə Nazim qızıdır.
E.Ə.
www.oxu.az