Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lənkəranda direktor şagirdi DÖYÜB?
Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək, onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.
Həmin tarixdə DİN-in "102" xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.
Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Bakıda məktəbdə qalmaqal: "Şagirdləri döyüb tərbiyələndirmişəm"
- ABŞ-də səs-küylü məhkəmə: Diddi yeni cinsi cinayət ittihamlarına görə hakim qarşısına çıxarıldı
- Bakıda şagirdləri dəyənəklə döyən müəllimin səs yazısı yayıldı
- Ata əkdiyi naringi meyvələrini satan oğlunu güllələdi
- Sınıqçının masaj edərək öldürdüyü körpə ilə bağlı DETALLAR: "Uşağın dodaqları göyərmişdi, şokda idi"