Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Meyxanaçının ailəsində FACİƏ: Körpə övladı öldü
İkinci hamiləliyi olan və ikinci dəfə qeysəriyyə əməliyyatı olması planlaşdırılan 1993-cü il təvəllüdlü qadın iyunun 3-də, hamiləliyinin 38-ci həftəsində gündüz saatlarında Lənkəran Rayon Perinatal Mərkəzə müraciət edib.
Bu barədə Lənkəran Perinatal Mərkəzində yeni doğulan körpənin ölümü ilə bağlı APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, hamilə bütün lazımi müayinələrdən keçirilib: "Saat 21:15-də planlı əməliyyat məqsədilə Doğum şöbəsinə daxil olub. İyunun 4-də saat təqribən 07:30-07:35-da müalicə həkimi dölün ürək vurğularını eşitmədiyi üçün əməliyyata alıb, döl ölü doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Əməliyyatdan sonrakı nəzarət Reanimasiya şöbəsində davam etdirilir.
Ölü döl təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib".
Lənkəranda doğuş zamanı ölən körpə tanınmış meyxanaçının övladı imiş.
Lent.az-ın əldə etdiyi məlumata görə, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı olub.
Körpənin ölümü ilə bağlı araşdırma aparılır.
Lənkəranda bu gün səhər saatlarında doğulan körpə ölüb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Perinatal Mərkəzində qeydə alınıb.
Yaxınlarının dediyinə görə, qeysəriyyə yolu ilə dünyaya gələn körpənin səhhətində heç bir problem olmayıb. Sonra uşağın ürək döyüntüləri yoxlanılaraq əməliyyata götürülüb. Əməliyyat zamanı uşaq ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri bilinəcək.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Körpə ölümü" teqi üzrə xəbərlər
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Azərbaycanda 18 yaşlı ana doğuş zamanı körpəsini itirdi
- Kürdəmirdə biryaşlı uşaq qıcolmadan öldü
- Abşeronda körpə ürək çatışmazlığından öldü
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
Rəylər