Lerikin Ləkər kəndində 61 yaşlı şəxs, xəbəri olmadan qonşusunun 3000 dollarlıq kreditinə zamin durub.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, 61 yaşlı Zakir Ağayevin oğlunun iddiasına görə, həmkəndlisi Amin Əzimov atasının yaşadığı evə gələrək 1000 manat adı ilə 3 min dollar kreditə zamin durmaq barədə bankın sənədlərinə imza atdırıb. Onlar bunu borc sahibi krediti ödəmədiyindən bankdan onların evinə zəng ediləndə öyrəniblər.
Hökməli Mirzəzadə bildirir ki, atası latın hərflərini oxuya bilmədiyindən və gözü zəif gördüyündən bank işçisi və qonşusu tərəfindən aldadılıb.
İndi Hökməli Mirzəzadə bu pulun atasının təqaüdündən çıxılmasından narahatdır.
Hüquqşünas Asif Abdullayev bildirir ki, bu halda zamin ona, müqavilənin aldadılaraq imzalatdırıldığı barədə məhkəməyə müraciət etməlidir. Bu zaman zamin aldadılma faktını sübuta yetirə bilsə, məhkəmə tərəfindən zaminlik müqaviləsinin etibarsızlığı təmin edilə bilər. Bu baş verdikdə zaminin təqaüdündən pul tutulmayacaq.
İ.N