Yeniyetmələr arasında keçirilən Basketbol üzrə Respublika Liqasında “McDonad’s Azərbaycan” şirkətinin dəstəklədiyi NTD komandası artıq finala vəsiqə qazanıb. 01.04.2017-ci il tarixində ilk final qarşılaşması keçirilib. Çətin keçən oyuna və qarşı komandanın güclü olmasına baxmayaraq, NTD komandası ilk oyunu “66:57” hesabı ilə qalib gəlib.
NTD komandasının baş məşqçisi Tahir Baxşəliyev: “Biz bu il yeniyetmələrdən ibarət NTD basketbol komandamızla Azərbaycan çempionatında çıxış edirik. “McDonald’s Azərbaycan” şirkətinin idmançılarımıza və komandamıza dəstəyi bizə çempionatda böyük kömək oldu. Bildiyimiz kimi, bizim komanda finalda birinci qələbəyə imza atıb və bu hələ son deyil. Bütün komandamız adından “McDonald’s Azərbaycan” şirkətinə göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”.
“McDonald’s” xeyriyyə tədbirləri ilə yanaşı, idmanada dəstəyini hər zaman nümayiş etdirir. Qeyd etmək istəyirik ki, 1976-cı ildən başlayaraq “McDonald’s” Olimpiya oyunlarının, Futbol üzrə dünya çempionatının və digər beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisidir.
Biz idmançılarımıza dəstək göstərdiyimizə və onların gözəl nəaliyyətlərini görməkdən qürur hissi duyuruq. Azərbaycanın bütün idmançılarına uğurlar və hər zaman beynəlxalq arenalarda Azərbaycanın bayrağını ucalarda dalğalanmasını arzu edirik".
E.Ə.
www.oxu.az