Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Lökbatan ərazisində püskürən vulkanla bağlı məlumat yayıb.
Mərkəzin İnformasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 07:55:51-də Lökbatan ərazisində vulkan püskürüb.
Bildirilib ki, vulkanın dərinliyi 4 km, püskürmənin davam etmə müddəti 4 dəqiqə olub:
Vulkandan öncə və sonra zəlzələ qeydə alınıb.
11:00
Bu gün saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Oxu.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.
Hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.
Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.
Z.Q.
www.oxu.az