2014-cü ildə magistraturaya qəbul imtahanının I mərhələsinin mart ayının əvvəlində, II mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər.
Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında təyin olunacaq vaxtda “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına müvafiq sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.