Şirkətin təsisçisi ilk dəfə olaraq, bu tipli tədbirə qatılıb.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, seksual azlıqlara dəstək göstərmək niyyəti ilə şirkətin daha 700 əməkdaşı da meydana çıxıb.
Tsukerberq San-Fransiskonun mərkəzində seksual azlıqlara dəstək naminə keçirilən marşda Facebook-un əməkdaşlarına rəhbərlik edib. Şirkətin əməkdaşları ənənəvi olaraq bu tədbirdə iştirak edirlər, lakin Mark özü ilk dəfə buraya gəlib. Facebook-un nümayəndələri parad üçün xüsusi hərəkətli platforma hazırlayıb, hətta seksual azlıqların rəmzi olan “göy qurşağı” ilə bəzədilmiş firma futbolkaları çap ediblər.
Bundan başqa, şirkətin baş ofisinin binası da geylərin hüququları uğrunda hərəkatın atributları ilə bəzədilib.
Qeyd edək ki, San-Fransiskoda eyncinsli nikahlara iyunun sonundan icazə verilib. Bir neçə gün ərzində ondan çox cütlük münasibətlərini qanuniləşdiriblər. Hazırda ABŞ-ın 50 ştatından 13-də seksual azlıqlar nikah bağlaya bilər.