Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Ümid Alış oğlu Abuşova məxsus "Alış market"də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb.
İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
"Masallı rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər