Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır" - ŞİKAYƏT
Bakı şəhər sakinləri 36 nömrəli marşrut avtobusunun sonuncu dayanacağa - metronun "Ulduz" stansiyasına qədər getməməsindən şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən avtobus dəfələrlə sərnişinləri Ziya Bünyadov prospektində mağazanın qarşısında düşürüb və yenidən birinci dayanacağa qayıdıb.
Sakinlər qeyd ediblər ki, sxem üzrə avtobus sonuncu dayanacağa qədər getməlidir, buna baxmayaraq sürücü sərnişinləri yolun yarısında endirərək mənzil başına çatdırmır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AYNA tərəfindən daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına ciddi riayət edilməsi və sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.
Sözügedən şikayətə dair görüntünü təqdim edirik:
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Səbaildə doqquzmərtəbəli bina qəsdən yararsız hala salınıb? - DİN iddialara cavab verdi
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda