Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Masallıda 14 yaşlı qız özünü məktəb binasından atdı - VİDEO
Masallıda doqquzuncu sinif şagirdi intihara cəhd edib.
Oxu.Az-ın məlumatına görə, hadisə Masallı şəhər 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, qız məktəbdə sinif yoldaşı ilə mübahisə edib və özünü üçüncü mərtəbənin pəncərəsindən atıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində baş verib:
“Masallı şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi F.M. məktəbin 3-cu mərtəbəsinin pəncərəsindən özünü atıb və müxtəlif bədən xəsarətləri alıb. Bununla bağlı müvafiq orqanlara məlumat verilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsini əməkdaşları hadisə yerində olublar. Hazırda uşaq Masallı Rayon Mərkəzi Xəstəxanasındadır və vəziyyəti stabildir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə saytımızdan qeyd edilib ki, 2008-ci il təvəllüdlü şəxs (cinsi qadın) saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir”.
İlhamə Əbülfət
Rəylər