Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Masazır və Zabratı su basdı: Sakinlər çətin VƏZİYYƏTDƏ
Sabunçu rayonu, Zabrat yolunda avtomobillər suyun içində qalıb. Yola yığılan su nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olub. Həmçinin maşınların qeydiyyat nömrə nişanları da düşərək itib.
"Altı ilə yaxındır ki, Sabunçuda yaşayıram. Yağış yağanda vəziyyət həmişə belə olur. Maşınımın nömrəsi itib, bir saatdan çoxdur ki, nömrə axtarıram, hələ də tapa bilmirəm", - zərərçəkən sürücü deyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problem aradan qaldırılmaqdadır, hazırda ərazinin sulardan təmizlənməsi işləri görülür.

Həmçinin Abşeronun Masazır qəsəbəsində də güclü yağış bir çox küçə və qəsəbələrdə çətin vəziyyət yaradıb. Ev və obyektləri su basıb, yollar keçilməz hala düşüb.
Sakinlər illərdir eyni vəziyyətlə üzləşdiklərini deyirlər.
"Yorğan-döşək suyun içindədir. 25 ildir ki, bu vəziyyətdəyik. Yağış yağanda Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi suyun altında qalır. Problemin kökü kanalizasiyalardadır, heç biri işləmir. İşləsəydi, Masazır bu vəziyyətdə olmazdı", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Yaşanan mənzərə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımov bildirib ki, Abşeron rayonunun Xırdalan şəhəri istisna olmaqla digər bütün kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil:
"O cümlədən Masazır kəndinin Əliağa Vahid küçəsində kanalizasiya şəbəkəsi və yağış sularının ərazidən kənarlaşdırılması üçün drenaj sistemi yoxdur. Hazırda Əliağa Vahid küçəsinin çökəklik hissəsində yağış sularının yığılması müşahidə olunur. Ərazidə gecə saatlarından başlayaraq, indiyə qədər mövcud su kütləsinin kənarlaşdırılması istiqamətində tədbirlər reallaşdırılır".
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Hayk mifinin arxasındakı həqiqət: Nuh peyğəmbərin nəsli əslində kimlərdir?
- Xronika: "Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafında 4 200 il əvvəldən başlayır"
- Armstronq müqəddəs kitaba niyə əl basmadı? - Amerikalıların Aya getməyinə inanmayanlar
- "Qələbə dairəsi"ndəki xaos necə həll edilməlidir?
- Qubada asma körpü qəzalı vəziyyətdə: Xəstəni uzun məsafəyə xərəkdə daşıdılar