Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Maştağada evləri su basdı: Uçma təhlükəsi yarandı
Sabunçu rayonu, Maştağa qəsəbəsində bir çox evi su basıb.
Xezerxeber.az-ın məlumatına görə, su həyətyanı sahələrdə bataqlıq əmələ gətirib.
Sadıqcan küçəsi, 213 ünvanında yaşayan sakinlər bildiriblər ki, artıq 1 aydan çoxdur evləri bilinməyən səbəbdən suya qərq olub.
Onların sözlərinə görə, artıq suyun dayanmadan artması evlərinə ciddi zərər vurur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, əraziyə qəza xidməti göndərilib və yerində araşdırma aparılıb. Qeyd olunan ünvanda Xidmətə aid içməli su şəbəkəsi mövcud deyil.
Əraziyə toplanan qrunt sularıdır.
Ətraflı süjetdə:

"Maştağa qəsəbəsi" teqi üzrə xəbərlər
- "Görüş" şadlıq evinin fəaliyyəti dayandırıldı
- Maştağada ağaclara QƏNİM KƏSİLDİLƏR: "Gecə məhv edirlər ki, görən olmasın"
- Bakıda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü
- Sabunçuda suyu zəhərləyənlərin İFŞASI - Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı
- Maştağadakı su kanalında yaranan antisanitar vəziyyət ARADAN QALDIRILDI